Baş nazirin müavini, hakimYeni Azərbaycan Partiyasının (YAP)sədr müavini-icra katibi Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi planlarına dair məlumatlı olmadığını qeyd edib.
"Növbədənkənar parlament seçkiləri haqqında heç nə bilmirəm”, - Ə.Əhmədov bu gün bildirib.
Onun sözlərinə görə, növbəti parlament seçkiləri 2020-ci ilin payızında keçirilməlidir.
Son günlər sosial şəbəkələr və bir sıra KİV-də dərc olunan məlumata əsasən, yaxın zamanda Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi elan ediləcək.
Hakim partiya Azərbaycan parlamentində səs çoxluğuna malikdir. **
F.İsazadə