Azərbaycan gömrükçüləri İrandan 3,5 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“İrandan gələn Azərbaycan vətəndaşı Elnur Əhədova məxsus avtomobildə ümumi çəkisi 3000 qram olan həşiş və 500 qram tiryək aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb və yoxlama zamanı xidməti it avtomobilin alt hissəsinə reaksiya verib.*
F.İsazadə