Mayın 7-də prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.
“Dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.*
F.İsazadə