Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 mlrd. 27 mln. 581,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-aprel aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 758 mln. 93,39 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinə köçürmələr 35,5% artıb.
2018-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 709 mln. 993,1 min manat, aksizlər üzrə 42 mln. 424 min manat, yol vergisi üzrə 11 mln. 148,5 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 264 mln. 16,3 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat məbləğində müəyyən edilib.*
N. Abbasova