2006-2018-ci illərdə “Şahdəniz” yatağından ümumi qaz hasilatı 91,7 mlrd. kubmetr təşkil edib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib.
“İndiyədək “Şahdəniz” yatağından 91,7 mlrd. kubmetr qaz və 23 mln. kondensat hasil olunub”, - P.Şahbazov rəsmi “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.
Onun sözlərinə görə, indiyədək Cənubi Qafqaz Boru kəməri(CQBK)magistralı ilə (Bakı-Tbilisi-Ərzurum - İF-Az) “Şahdəniz”dən hasil olunan 61 mlrd. təbii qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Yatağdan qaz hasilatına 2006-cı ilin dekabr ayından başlanılıb. **
N.Abbasova