Masallı rayonunun Təzə Alvadı kəndində yanğın nəticəsində 3 nəfər həlak olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanöın nəticəsində iki mərtəbəli evin 120 m2sahəsi yanıb.
“Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb qızının yanmış cəsədləri aşkar olunub. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb (sonra xəstəxanada vəfat edib - İF)”, - məlumatda deyilir.
Bundan əlavə, 3 nəfər xilas edilib.
“Yanğın söndürülüb. Hazırda yanğının nəticələri araşdırılır”, - nazilrik qeyd edir. **
A.Əzizov