Avropa və Mərkəzi Asiya ölkələrində blokçeyn texnologiyasından istifadə edən vətəndaşlar daha keçyfiyyətli xidmətlərlə təmin oluna bilər. Dünya Bankında belə hesab edirlər.
Çərşənbə axşamı Dünya Bankı “Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update” adlı hesabatını təqdim edib.
DB-nin qiymətləndirmələrinə görə, 2018-ci ildə Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artım 2017-ci ildə 2,7 %-ə qarşı 2,3% təşkil edəcək.
Bankın ekspertləri hesab edirlər ki, regionda müasir texnologiyaların potensialından tam istifadəsinə zərurət var. Bununla belə, onlar qeyd edirlər kii, blokşeyn bu istiqamətdə ən etibarlı vasitədir.
“Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində kriptovalyutalar və blokçeyn texnologiyalarının formalaşdırılması üçün səmərəli zəmin yaradılıb”, – bankın Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı Hans Timmer hesab edir.
DB-nin qiymətləndirmələrinə əsasən, hazırda Azərbaycan bank sahəsində rəqəmsal identifikasiya sahəsində eksperimentlər aparır.
Bankda hesab edirlər ki, blokçeyn texnologiyalarının tətbiqi maliyyə nəzarətinin təminatı, vergidən yayınma və qanunsuz tranzaksiyalarla mübarizə sahəsində daha səmərəlidir.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı Blockchain texnologiyası (vahid mərkəz olmadan məlumat bazaları texnologiyası) bazasında “bank-müştəri” münasibətlərinin rəqəmsal identifikasiya sisteminin yaradılması layihəsinin reallaşdırlmasını planlaşdırır. **
A.Əzizov