Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan dövlətçiliyinin qorunmasında sabiq prezident Heydər Əliyevin rolunu qeyd edib.
"O, milli və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirməyi bacardı”, - deyə A.Paşazadə bu gün H.Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransda bildirib.
Konfransın təşkilatçısı QMİ-dir.
O vurğulayıb ki, H.Əliyev ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərəkAzərbaycan dövlətçiliyini xilas etdi. O, hakimiyyəti dövründə məscidlərin bərpasına, yeni məscidlərin tikintisinə xüsusi diqqət ayırırdı.
QMİ sədri əlavə edib ki, H.Əliyevin bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılması nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğala məruz qalıb.
A.Paşazadə əmindir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək.*
F.İsazadə