Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınması 2019-cu ildən həyata keçiriləcək. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Daha əvvəl o, BTQ ilə sərnişindaşımalara 2018-ci ildə başlanacağı barədə məlumat vermişdi.
"BTQ dəmir yolu xəttində istifadə olunacaq sərnişin vaqonları (İsveçrənin “Stadler” şirkətindən alınacaq) Azərbaycana 2019-cu ildə çatdırılacaq. Bu marşrutla sərnişindaşımalara gələn il başlanacaq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədrin sözlərinə görə, sərnişindaşımaların qiyməti marşrutun keçdiyi regionun əhalisinin büdcəsinə uyğun olaraq müəyyən ediləcək.
«BTQ dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir. Buna görə qiymətlər birgə razılaşdırılmalıdır. Hər üç ölkənin prezidentləri bu məsələ barədə məlumatlandırılacaq vədövlət başçıları tərəfindən hansı qərar qəbul ediləcəksə, məsələləro cür həll olunacaq», - deyə C.Qurbanov qeyd edib.*
N.Abbasova