Dünya Bankı 2018-2020-ci illərdə Azərbaycanda ÜDM-in orta illik tempini 3% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update hesabatında qeyd olunur.
DB-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,8%, 2019-cu ildə - 3,8%, 2020-ci ildə - 3,2% təşkil edəcək.
2018-ci ildə ASK-nin 4% səviyyəsində, 2019-cu ildə - 4,1%, 2020-ci ildə - 4,2% artımı, 2018-ci ildə sənaye istehsalının 0,1% azalması, 2019-2020-ci illərdə - mübafiq olaraq 3,2% və 2,7% artımı nəzərdə tutulur. Yaxın 3 il ərzində xidmət sektoru müvafiq olaraq 5%, 4,8% və 4% artacaq.
DB-nin qiymətləndirmələrinə görə, 2018-ci ildə inflyasiya 6,4%-dək, 2019-cu ildə - 4,2%-dək, 2020-ci ildə - 3,9%-dək azalacaq.
2018-ci ilin yekunları üzrə Azərbaycanda tədiyə balansının profisiti ÜDM-in 5,9%, 2019-cu ildə - ÜDM-in 7,2%, 2020-ci ildə - ÜDM-in 7,9% səviyyəsində gözlənilir.
“Ortamüddətli dövrdə əsas vəzifə - xarici şiklara qarşı iqtisadiyyatın davamlılığını təmin etməkdir. Bundan başqa, özəl sektorun stimullaşdırılması və yeni iş yerlərinin yaradılması məqsədilə struktur islahatları proqramında irəliləyiş zəruridir”, - icmalda qeyd olunur.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, 2019-cu ildə - 4% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,1% təşkil edib (nominal həcm $40,7 mlrd. olub). **
A.Əzizov