Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 9-da İzmir şəhərinə (Türkiyə) yola düşəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfərdə məqsəd Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etməkdir”, - deyə məlumatda bildirilir.
Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.*
F.İsazadə