İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar. Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib”, - məlumatda qeyd olunur. **
A.Əzizov