Yaxın zamanda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi gözlənilmir. Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəriBayram Səfərov bəyan edib.
“İcmaların görüşlərinə dair hələlik məlumat yoxdur. İndi Ermənistanda yeni hakimiyyətin formalaşmasına daha çox zaman ayırırlar”, - B.Səfərov cümə axşamı jurnalistlərə bildirib.
O həmçinin erməni tərəfini Azərbaycan ərazilərini işğaldan azad etməyə çağırıb.
B.Səfərov əlavə edib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və səsləndirdiyi bəyanatlar Qarabağ münaqişəsinin həllinə zəmin yaratmır.
Xəbər verildiyi kimi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin təşkili mövzusu dəfələrlə qaldırılıb. Bakıda bu görüşə hazırlıqlı olduqları bəyan edilib və hesab edirlər ki, Ermənistan hökuməti hər vəchlə buna əngəl törədir. **
F.İsazadə