«MİDA» MMC Yasamal rayonu ərazisində yerləşən yaşayış kompleksindəki binalarda müxtəlif təyinatlı sayğacların quraşdırılması üçün podratçı seçir.
Seçim açıq tender metodu ilə və 3 lot üzrə keçirilir: elektrik, qaz və su sayğaclarının satın alınması, quraşdırılması və təhvil verilməsi.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 400 manatdır.
Tender təklifləri 2018-ci il iyunun 27-dək qəbul olunur. Təklif zərfləri iyunun 28-də açılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi 2018-ci il mayın 7-də Yasamal rayonu ərazisində ilk mənzillərin satışına başlayıb.
Yaşayış kompleksinin təməli 2016-cı il dekabrın 24-də qoyulub.
Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 çoxmənzilli yaşayış binasını əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.
Bundan əlavə, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək.*
B.Rüstəmbəyov