Xəzərin statusuna dair konvensiya avqustda Xəzəryanı ölkələrin Astana sammitində imzalana bilər. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
"Xəzərin hüquqi statusu ilə bağlı ekspertlər səviyyəsində çox intensiv iş aparılır. Biz istərdik ki, Astanada avqust ayına planlaşdırılmış Xəzəryanı ölkələrin sammiti Xəzərin hüquqi statusu ilə bağlı öz nəticəsini versin və Xəzərin hüquqi statusuna dair konvensiya imzalansın”, - deyə o, Bakıda bildirib.
Nazir müavininin sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması regionda stabilliyə xidmət edəcək.*