Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin hesab edir ki, Azərbaycan-Rusiya münasibətləri inkişaf edəcək və dərinləşəcək.
"Əminəm ki, münasibətlərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahı naminə inkişaf edəcək və dərinləşəcək", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın eks-prezidenti Heydər Əliyev ölkənin təşəkkülündə həlledici rol oynayıb, Rusiya ilə strateji tərəfdaşlığın əsasını qoyub.
"Bu gün H.Əliyev kursunu prezident İlham Əliyev davam etdirir”, - deyə o əlavə edib.*
F.İsazadə