Bakının Qaradağ rayonunda yanğının baş verdiyi orta məktəbdən 560 nəfər təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Yanğın zamanı 160 nəfər işçi heyəti və 400 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub”, - deyə məlumatda bildirilir.
Məktəbin ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.
"Zərərçəkənlər barədə məlumat yoxdur", - deyə məlumatda qeyd olunur.*
F.İsazadə