Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiya prosesi 3-4 il vaxt aparacaq.
"Hazırda Azərbaycan-Rusiya sərhədinin 70 km-lik sahəsində demarkasiya aparılıb. Bu sahədə müvafiq nişanlar quraşdırılıb", - deyə o, bu gün “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, dövlət sərhədinin demarkasiya prosesi 3-4 il vaxt aparacaq.*
F.İsazadə