Azərbaycan və Türkmənistan Xəzərdə dövlət sərhədinin delimitasiyası üzrə iş aparır. Bu barədə bu gün jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Bakı və Aşqabad Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının delimitasiyası məsələsini müzakirə edir. Bunun üzərində iş gedir", - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, bu ilin payızına qədər Türkmənistanda ikitərəfli işçi qrupunun iclasının keçiriləcəyi gözlənilir.*
F.İsazadə