Rəsmi Bakı ümid edir ki, Ermənistanın yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konstruktiv danışıqlar aparacaq. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Danışıqlar formatı ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən edilib. Münaqişə tərəfləri Ermənistan və Azərbaycandır. İnanırıq ki, danışıqlar bu formatda davam etməlidir”, - X.Xələfov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı ümid edir ki, Ermənistanın yeni hökuməti Qarabağ münaqişəsinin həllinə dair konstruktiv danışıqlar aparacaq.
“Bu halda münaqişənin sülh yolu ilə həllində irəliləmək mümkündür”, - nazir müavini əlavə edib.
O qeyd edib ki, öncə Ermənistan danışıqlar prosesinə Qarabağ serparatçılarını cəlb etməyə cədh edib ki, bu danışıqlar prosesinin mövzusuna ziddir. “Dağlıq Qarabağ və işğal olunan ərazilər - Azərbaycan ərazisidir, Azərbaycan ərazisi isə danışqlıar mövzusu ola bilməz”, - X.Xələfov vurğulayıb. **
F.İsazadə