Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban ƏliyevaHeydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblə.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Qızıl çinar” beynəlxalq mükafatını Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Mixail Qusmana təqdim etdi.
Bundan başqa, M.Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
O cümlədən, M.Əliyeva Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli Eldar Quliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
“Qızıl çinar” beynəlxalq mükafatıHeydər Əliyev Fondu tərəfindən təsis edilib. **
F.İsazadə