BP və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşlarının investisiyaları $70 mlrd.-ı ötüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP-Azerbaijan şirkətinin mətbuat xidətindən məlumat verilib.
“BP-nin operatoru olduğu layihələr çərçivəsində Azərbaycanda 26 illik fəaliyyət dövrü ərzində ölkə iqtisadiyyatına $70 mlrd.-dan artıq investisiya yatırılıb, on minlərlə iş yeri yaradılıb, sosial investisiyalar hesabına yerli icmalara dəstək göstərilib”, - şirkətdən qeyd ediblər.
Hazırda BP-Azerbaijan şirkətində 3 minə yaxın Azərbaycan vətəndaşı çalışır.
Xəbər verildiyi kimi, BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan nef tkəməri, Cənubi Qafqaz Boru kəməri magistralı layihələrinin iştirakçısıdır. **
N.Abbasova