Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 14-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank mayın 14-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 350 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb edilən vəsaitlər üzrə faiz dərəcəsi 8,01%-10,99% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
B.Rüstəmbəyov