Trans-Anadolu qaz kəməri (TANAP) 2018-ci il iyunun 12-də işə salınacaq. Türkiyə mətbuatının məlumatına görə, bunu ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
"TANAP iyunun 12-də istismara veriləcək", - deyə o bildirib.
Daha əvvəl SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevə istinadən verilən məlumata görə isə TANAP iyunun 19-da işə salınacaq. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edəcəklər.*
N.Abbasova