Türkiyə, əgər İrəvan Ankaraya qarşı düşmənçilikdən imtina edərsə, Ermənistanla münasibətlərin yaxşılaşdırılması imkanlarına baxmağa hazırdır. Bu barədə cümə günü ölkənin baş naziri Binəli Yıldırımın bəyanatına istinadən “Associated Press” agentliyi məlumat verib.
“Əgər Ermənistan düşmənçilk mövqeyini kənara qoyub, (münasibətlərdə - İF) yeni səhifə açmaq istəyirsə, biz detallara baxıb sonra cavab verərik”, - B.Yıldırım qeyd edib.
Agentlik bildirir ki, Türkiyə baş nazirinin bəyanatı Ermənistanın yeni baş naziri Nikol Paşinyanın mövqeyinə cavabdır. N.Paşinyan iki qonşu dövlət arasında diplomatik əlaqələrin qurulmasına çağırıb. **