Azərbaycan prezidenti İlham Əliyev bu gün Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Mehdiabad–Pirşağı avtomobil yolu iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **