Əmlak Məsələləri Dövlət Komitəsi250 daş və qum-çınqıl karxanasının fəaliyyətini dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dən məlumat verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb. Nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxananlarının fəaliyyət göstərdiyi müəyyən edilib. 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb”, - Komitədən qeyd ediblər.
Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir.
“Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılmışdır, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbtolunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.
Həmçinin bildirilir kii, ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib. **
B.Rüstəmbəyov