Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, kartof və soğan saxlanılması üçün anbar tikintisi; süd, meyvə və tərəvəz emalı; quru meyvə istehsalı, çörək bişirilməsi, ət kəsimi və emalı üzrə müəssisələrin tikintisi üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir. Bundan başqa, SKMF istilik, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının tikintisi, həmçinin cins damazlıq heyvanların yetişdirilməsi üzrə kompleksinin yaradılması üzrə layihələrə baxmağa hazırdır.
“Şəmkir rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. **
B.Rüstəmbəyov