Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin 25-ci ildönümünə həsr olunmuş Spikerlərin görüşündə iştirak edəcək. Bu barədə Milli Məclisin
mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Milli Məclisin sədri Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolumövzusunda çıxış edəcək, həmçinin bir sıra görüşlər keçirəcək.
Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı nəzərdə tutulur. **
F.İsazadə