Bu gün Bakıda "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasından məlumat verilib.
“Proses çərçivəsində A.Abbasovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 18-nə təyin edilib”, - agentliyin həmsöhbəti bildirib.
A.Abbasov 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. O, ötən ilin iyun ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində həbs olunub. **
F.İsazadə