Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.
“Müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtkü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir burada yaradılan şəraitlə tanış olub.*
F.İsazadə