Mayın 15-dəAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Mayın 15-dəE.Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, - H.Hacıyev bildirib. **
A.Əzizov