Azərbaycan məhsulları mayın 16-dan 18-dək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim ediləcək. Pavilyonumuzda meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan iş adamları sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.*
N.Abbasova