Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub.
Avropa Gənclər Olimpiya Festivalı 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək.*
N.Abbasova