Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bu gün Ramazan ayı münasibətilə fətva verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
Fətvada deyilir ki, Ramazan ayının ilk günü may ayının 17-nə təsadüf edəcək. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.
Müsəlman ölkələrində Ramazan bayramı iyunun 15-i və ya 16-da qeyd olunacaq.
Bundan başqa, QMİ Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.
Təqvimə əsasən Əhya gecələri iyunun 3-ü, 5-i və 7-nə təsadüf edəcək.*
F.İsazadə