Azərbaycan və Türkiyə birbaşa aviareyslərin sayını 3 dəfə artıra bilər. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin məlumatında deyilir.
«Azərbaycan vəTürkiyə arasında yerinəyetirilən reyslərin sayı 3 dəfəarta bilər. Hazırda havaəlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir», – deyə məlumatda qeyd olunur.
24 aprel 2018-ci il tarixindəTürkiyədəkeçirilən Aviasiya üzrəBeynəlxalq Konfransda iki ölkənin nümayəndəheyətləri bu məsələiləbağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər.
“Son qərarın verilməsi vəProtokolun imzalanması Azərbaycan iləTürkiyənin mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı iləikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonraən yaxın zamanda baş tuta bilər», - deyə məlumatda bildirilir.*
N.Abbasova