Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edir.
“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistandakı vəziyyət müzakirə olunur”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
“Azərbaycan münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara sadiq qalır”, - deyə o qeyd edib.*
F.İsazadə