Azərbaycan Turizm Assosiasiyası (AZTA) “Buta Airways” tərəfindənAntalyaya uçuşların dayandırılması barədə yayılan şayiələri təkzib edib. Bu barədə AZTA-dan məlumat verilir.
“AZTA son dövrlər “Buta Airways” tərəfindənAntalyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edir. Hec bir reyslər ləğv olunmayıb”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, “Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Gazipaşa hava limanıdır.
Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” (həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək.Yüksək tələbi nəzərə alaraq Antalyaya həmçin gündəlik çarter reyslər təşkil olunacaq. Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq”, - məlumatda bildirilir. **
B.Rüstəmbəyov