Bakı 2025-ci ildə "Ekspo 2025" sərgisinə ev sahibliyi uğrunda mübarizədə növbəti mərhələyə keçib. Bu barədə Beynəlxalq Sərgilər Bürosunun (BIE) hesabatında deyilir.
“2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu Bakı şəhərinin növbəti mərhələyə keçdiyini və finala doğru irəliləməkdə olduğunu qürurla bildirir”, - deyə hesabatda qeyd olunur.
“Expo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq.
Azərbaycanın maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun sədri Samir Şərifov Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına Azərbaycan tərəfinin təklifi ilə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edib.
“Gələn ay Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçiriləcək 163-cü sessiyası zamanı Beynəlxalq Sərgilər Bürosunun üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib.*
F.İsazadə