Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Əfqanıstanla hava əlaqəsi və sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahələrində hökumətlərarası sazişləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, İ.Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”sazişləri təsdiq edib.
Sənədlər 2017-ci il dekabrın 1-də Bakı şəhərində imzalanıb. **
N.Abbasova