2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana 5,31 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,73 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 4,785 min ədəd avtomobil (artım 2,93 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 477 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,8 dəfə) və 13 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 23 ədəd (azalma 1,1 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.*
B.Rüstəmbəyov