2018-ci ilin yanvar-aprel aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 1 mlrd. 893 mln. 203,57 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-aprel aylarında Azərbaycandan $342 mln. 922,61 min məbləğində bəyan olunmuş qazın ixracı 1 mlrd. 893 mln. 203,57 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2017-ci ilin yanvar-aprel aylarında Azərbaycandan $276 mln. 201,42 min məbləğində bəyan olunmuş qazın ixracı 1 mlrd. 705 mln. 122,52 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı say ifadəsində 11%, pul ifadəsində 24,2% artıb. **
N.Abbasova