Rusiyanın Altay diyarının müəssisələri Azərbaycana müasir kənd təsərrüfatı texnikasının tədarükünə hazırdır. Bunu Altay diyarının baş nazirinin müavini Viktor Meşeryakov deyib.
Bakıda keçirilən "CaspianAgro-2018" Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi çərçivəsində V.Meşeryakovun Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sahib Məmmədovla görüşü baş tutub.
Görüşdə V.Meşeryakov vurğulayıb ki, Altay diyarının müəssisələri Azərbaycanda aqrokomplekslərin tələbatı olan müasir kənd təsərrüfatı texnikasının tədarükünə hazırdır. Bu barədə diyarın administrasiyasının saytında məlumat verilir.
“Bizdə olan məlumata görə, Azərbaycan rəhbərliyi tərəfindən yeni ASK tenxikasının alnmasına $100 mln.-a yaxın vəsait ayrılıb.Altay diyarı Rusiyanın bütün regionları, həmçinin MDB ölkələrinə kənd təsərrüfatı texnikasının satışını həyata keçirir. Bu yaxnlarda torpaqbecərən texnikanın Avropaya tədürükünə başlanılıb”, - V.Meşeryakov qeyd edib.
Görüşdə bildirirlib ki, Altay diyarının qida və emal sənayesi müəssisələri, həmçinin taxıl emal edənlər və funksional qida üçün məhsul istehsalçıları Azərbaycanla ticari əlaqələrin inkişafında yaxşı perspektivlərə malikdir.
Eyni zamanda, «Лакаса-Текс» şirkəti Azərbaycanda istehsalat ehtiyacları üçün Azərbaycandan bir partiya pambıq lifi almaq niyyətindədir.
S.Məmmədov qeyd edib ki, öz tərəfindən iş adamları arasında saziş və müqavilələrin imzalanması məqsədilə zəruri köməkliyi göstərəcək. **
B.Rüstəmbəyov