2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM 1,2% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-nin nominal həcmi 22 mlrd. 969 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunda ÜDM 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.
Hesabat dövründə tikinti sektorunda azalma 10,4% olub.
2018-ci ilin yanvar-aprel aylarında ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2,346 min manat təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 1,5% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.*
N.Abbasova