2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatının həcmi 12 mln/ 817,1 min ton təşkil edib, bud a ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-aprel aylarında neft hasilatı 12 mln. 817,1 min ton (artım 1,4%), həmçinin əmtəə qazının hasilatı 12 mln. 799,9 min ton (artım 1,4%) təşkil edib”, - Komitəsən qeyd ediblər.
Bu dövrdə Azərbaycanda 9 mlrd. 280,7 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin yanvar-parle ayları ilə müqayisədə azalma 5,8%). Bununla belə, hesabat dövründə əmtəə qazının hasilatı 5 mlrd. 602,7 mln. kubmetr təşkil edib (azalma 10,8%).
2017-ci ildə respublikada 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.
Azərbaycan hökuməti 2018-ci ildə neft hasilatını 37 mln. 534,8 min ton, qaz hasilatını 30 mlrd. 498,3 mln. ton səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova