2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 16 mlrd. 272,8 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-aprel aylarının yekunları üzrə orta illik inflyasiya 3,5% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,2% - 1 min 662,1 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 14 mlrd. 944,7 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən 9,5% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.*
N.Abbasova