Prezident İlham Əliyev Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması layihəsinin gələcək üç il ərzində başa çatacağına ümid edir.
“Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir”, - deyə dövlət başçısı Naxçıvanda bildirib.
Onun sözlərinə görə, belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır.*
A.Əzizov