Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov hesab edir ki, onun barəsində qəbul olunan sanksiyalar Azərbaycana Avropa Şurasında maraqlarını müdafiə etməyə əngəl olmayacaq.
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası Səməd Seyidov barəsində sanksioya qəbul edərək, onun ikim il müddətinə Assambleyanın mandatından məhrum edildiyi bildirilib.
“Heç kəs Azərbaycan nümayəndələrini Avropa Şurasından kənarlaşdıra bilməz. Qəbul olunan sanksiyalar AŞ-dakı fəaliyyətimi məhdudlaşdırmayacaq”, - S.Seyidov bu gün mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, bu sanksiyalar Azərbaycana öz maraqlarını qorunmağa və Dağlıq Qarabağa dair məsələləri orada qaldırılmasına əngəl ola bilməz.
“Azərbaycanın nmümayəndə heyətinə bu gün bir nəfər, sabah isə digər şəxs rəhbərlik edə bilər. Bu səbəbdən, bu sanksiyalar bizə mənfi təsir göstərməyəcək, onlar sadəcə AŞ-da ikili standartların olduğunu sübut edir”, - S.Seyidov vurğulayıb.
Xəbər verildiyi kimi, 4 nəfər AŞPA üzvünə - AŞPA-da İspaniya nümayəndə heyətinin başçısı Pedro Aqramunta, Avropa Xalq Partiyasının başçısı və AŞPA-nın Reqlament komitəsinin üzvü Sezar Florina Predaya, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Jordi Şuklaya qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar Pedro Aqramunta münasibətdə 10 il, digər üzvlər - Sezar Florina Predaya, Səməd Seyidova və Jordi Şuklaya qarşı isə 2 il ərzində qüvvədə olacaq.
Bu deputatlar korrupsiya və davranış kodeksini pozmaqda ittiham olunurlar.
**
F.İsazadə