Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinə 10 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılacaq. **
N.Abbasova