Azərbaycan Sənaye Korporasiyası (ASK) Balakən rayonunda tütün qurutma kameralarının tikintisinə 2 mln. 880 min manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
ASK «Fayton Ltd MMM» ilə Balakən rayonunda 60 ədəd tütün qurutma kamerasının tikintisi haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 2 mln. 880,852 min manatdır.
Daha əvvəl ASK sədri Kamran Nəbizadə bildirmişdi ki, hazırda korporasiya baramaçılıq, heyvandarlıq, tütünçülük və aqrar-sənaye kompleksi müəssisələrinin bərpası və yenidən qurulması istiqamətində iş aparır.*
B.Rüstəmbəyov